Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu 

12:01 26.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ərazisində Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hafta.az xəbər verir ki, Bakı vaxtilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, qatarlar fit veriblər.

Bakıda, digər şəhər və rayonlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.